Yazını böyüt
Yazını kiçilt
Bəzi sosial şəbəkə istifadəçiləri, o cümlədən “İnfoteka24” və digər xarici kütləvi informasiya vasitələri tərəfindən guya Azərbaycan Ordusunun hərbi qulluqçularının erməni əsirlərinə qarşı kobud davrandığını əks etdirən videogörüntülər yayılıb.
Baş Prokurorluqdan hafta.az-a verilən məlumata görə, ilkin əlamətlərə görə həmin videoların saxta olmasına əsaslı şübhələr yaranıb:
“Hazırda bununla bağlı tərəfimizdən araşdırma aparılmaqla nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.